...

Azərbaycan və Ermənistan parlamentarilərinin növbəti görüşü keçirilə bilər - parlamentin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2010 14:38 (UTC +04:00)
Azərbaycan və Ermənistan parlamentarilərinin mayda Qazaxıstanın paytaxtı Astanada ATƏT-in iclası çərçivəsində növbəti görüşü keçirilə bilər.
Azərbaycan və Ermənistan parlamentarilərinin növbəti görüşü keçirilə bilər - parlamentin vitse-spikeri

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir M.Əliyev/

AzərbaycanErmənistan parlamentarilərinin mayda Qazaxıstanın paytaxtı Astanada ATƏT-in iclası çərçivəsində növbəti görüşü keçirilə bilər. Bu barədə şənbə günü Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova jurnalistlərə bildirib.

"ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünü təşkil edir və növbəti görüşün may ayında Astanada baş tutması mümkündür", - Muradova deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti