...

AŞ PA-dakı Azərbaycan və Ermənsitan nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2010 23:22 (UTC +04:00)

Fransa, Strasburq, 28 aprel/ Trend, müxbir A.Məhərrəmli/

Bu gün AŞ PA-nın yaz sessiyası çərçivəsində Azərbaycan və Erməsnistanın qurumdakı nümayənədə heyətlərinin rəhbərləri arasında AŞ PA sədri Mövlut Çavuşoğlunun iştirakı ilə görüş keçirilib. Bu barədə jurnalistlərə çərşənbə günü Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.

" Ermənistan nümayəndə heyətinin rəhbəri ilə görüşümüz oldu və təbbi ki, biz fikir mübadiləsi apardıq. AŞ-də Dağlıq Qarabağ probleminin müzakirəsi çox vacib və əhəmiyyətlidir. Biz qərara gəldik ki, artıq yaz sessiyası başa çatdığından, növbəti iyun sessiyasında yenidən görüşək. İşimiz davam edir və növbəti görüşün formatı bir az da genişlənəcək. Növbəti görüşdə Azərbaycan və Ermənistan tərəfindən müxalifətin AŞ PA-dakı nümayəndə heyətlərindəki üzvləri də iştirak edəcək. Hesab edirəm ki, bu özü-özlüyündə çox vacib nailiəyətdir və biz əlimizdən gələni edəcəyik ki, daima hər sessiyada AŞ PA sədrinin iştirakı ilə belə müzakirələr aparılsın. Bu fikir mübadiləsi, bu məsləhətləşmələr mütləq aparılmalı və davam etdirilməlidir. Qeyd edim ki, bu günkü görüşdə AŞ PA sədri və Assambleyanın Baş katibi Matyas Sorinas və digər rəsmi şəxslər də iştirak edib"-Seyidov bildirib.

Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa edilməsinə gəldikdə, Səməd Seyidov prosesin yeni başladığını və davam etdiriləcəyini bildirdi. O, əlavə edib ki, görüşün başlanması və bundan sonra daha da geniş formatda davam etdirilməsi elə özü-özlüyündə bu istiqamətdə prosesin getməsindən xəbər verir.


Xəbər lenti

Xəbər lenti