...

Ötən ay Azərbaycanda 2633 mina və PHS zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2010 15:17 (UTC +04:00)
Ötən ay ərzində Azərbaycanda 2 358 191 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Ötən ay Azərbaycanda 2633 mina və PHS zərərsizləşdirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay ərzində Azərbaycanda 2 358 191 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib.

Əməliyyatlar nəticəsində 2633 mina və PHS aşkar edilərək zərərsizləşdirilib. May ayı ərzində 10 ədəd tank əleyhinə və 6 ədəd piyada əleyhinə mina tapılıb.

Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfərdən ibarət yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.

Ümumilikdə, indiyədək agentlik tərəfindən 133 181 018 kvadratmetr ərazi təmizlənib, 613 705 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy, Gəncə, Bərdə və Bakı şəhəri Qaradağ rayonu ərazisində aparılır.

May ayında mina partlayışı hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti