...

Azərbaycanın Müdafiə Nazirliyinə ayrılan əlavə vəsait, əsasən, yeni silahların alınmasına yönələcək - deputat Aydın Mirzəzadə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2010 15:08 (UTC +04:00)
Azərbaycanın 2010-cu il dövlət büdcəsinə dəyişikliklərdə Müdafiə Nazirliyinə əlavə 300 milyon manatadək vəsait ayrılıb ki, bu da müharibə vəziyyətində olan ölkəmizin ordusunun daim yüksəktəminatlı olmasına təsir edəcək, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə millət vəkili Aydın Mirzəzadə bildirib.
Azərbaycanın Müdafiə Nazirliyinə ayrılan əlavə vəsait, əsasən, yeni silahların alınmasına yönələcək - deputat Aydın Mirzəzadə

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycanın 2010-cu il dövlət büdcəsinə dəyişikliklərdə Müdafiə Nazirliyinə əlavə  300 milyon manatadək vəsait ayrılıb ki, bu da müharibə vəziyyətində olan ölkəmizin ordusunun daim yüksəktəminatlı olmasına təsir edəcək, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə millət vəkili Aydın Mirzəzadə bildirib.

"Əlavə vəsait, ilk növbədə, onun maliyyə problemlərinın həll edilməsinə yönəlib. Yeni vəsaitlərin ayrılması, əsasən, ordu infrastrukturunun yaxşılaşdırılması və yeni silahların alınmasına yönələcək", - Mirzəzadə bildirib.

Azərbaycan Parlamenti cümə günü 98 səs "lehinə" və 5 səs "əleyhinə" olmaqla, ölkənin 2010-cu il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib. Dəyişikliklər nəticəsində, büdcənin kəsri 1,249 milyondan 770,3 milyon manatadək azalıb. Bununla da dövlət büdcəsinin ÜDM-dəki kəsri 3,9 faizdən 2,3 faizədək azalıb. Büdcənin gəlirləri 1,49 mlrd manat artaraq, 11,505 mlrd manata çatıb.

Deputatın sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların aparılması heç də Azərbaycan Ordusunun sülh şəraiti vəziyyətinə keçməsi demək deyil.

"Ermənistan bilməlidir ki, Azərbaycan problemin həlli üçün bütün variantları, o cümlədən, hərb yolunu da daim gündəlikdə
saxlayır", - millət vəkili deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti