...

ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya xarici işlər nazirinin müavini Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2010 17:28 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya xarici işlər nazirinin müavini Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Qasımova/

ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Karasin ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni, Robert Bradtkeni, İqor Popovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki Moskvada keçirilən işgüzar məsləhətləşmələr çərçivəsində qəbul edib. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri müzakirə edilib.

Rusiya xarici işlər nazirinin tapşırığına əsasən, Karasin fransalı həmsədr Fasyeyə "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" döş nişanını təqdim edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti