Azərbaycan, Bakı, 13 avqust /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-də saat 21:30-dan 21:40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:45-dək, 23:25-dən 23:30-dək və 23:15-dən 23:20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- avqustun 13-də 06:00-dan 06:10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.