...

Türkiyənin sərhədləri müvəqqəti açması erməniləri stimullaşdıra bilər – Azərbaycan deputatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2010 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M. Əliyev/

NATO hərbi təlimləri çərçivəsində nəzərdə tutulan Türkiyənin Ermənistanla sərhədlərinin açılması müvəqqəti xarakter daşısa belə, erməniləri stimullaşdıra bilər. Bunu Trend-ə çərşənbə günü Azərbaycanın millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən sərhədlərin müvəqqəti açılmasından Azərbaycan tərəfi narahatdır.

Bundan əvvəl verilən məlumata görə, Türkiyə sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmir. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu məlumatı təkzib edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

Sərhədlərin açılması həm Azərbaycan, həm də Türkiyənin maraqlarına zidd olan bir məsələdir. Lakin Türkiyənin NATO qarşısında öhdəlikləri var, buna görə də bu məsələdə ola bilsin ki, Türkiyə geri çəkilməli və öz sərhədlərini müvəqqəti olaraq açmış oldu", - millət vəkili deyib.

Onun fikrincə, istənilən halda sərhədlərin müvəqqəti olsa belə açılması gələcəkdə Azərbaycanla Türkiyənin münasibətlərinin korlanmasına gətirib çıxara bilən arzuolunmaz haldır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti