...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2010 09:46 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də saat 09:15-dən 09:35-dək, 17:25-dən 17:30-dək və sentyabrın 13-də saat 00:20-dən 00:40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, Davex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də saat 09:15-dən 09:35-dək, 17:25-dən 17:30-dək və sentyabrın 13-də saat 00:20-dən 00:40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, Davex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- sentyabrın 12-də saat 08:10-dan 08:20-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 21:00-dan 21:25-dək və 21:10-dan 21:30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 22:45-dən 23:00-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti