...

Dondurulmuş münaqişələri diqqət mərkəzində saxlayacayıq - Türkiyənin Xarici İşlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2010 22:51 (UTC +04:00)
"Dondurulmuş münaqişələr" adlandırılan münaqişələri diqqət mərkəzində saxlayacayıq. Bu fikirləri çərşənbə günü Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu AŞ Baş katibi Torbyorn Yaqland və Makedoniyanın Xarici işlər naziri Antonio Miloşoski ilə birgə keçirdiyi mətbuat konfransında "Türkiyənin AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə “dondurulmuş münaqişələr”in həlli istiqamətində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı töhfəni verə bilər" sualına cavabında deyib.
Dondurulmuş münaqişələri diqqət mərkəzində saxlayacayıq - Türkiyənin Xarici İşlər naziri

Fransa, Strasburq, 10 noyabr /Trend, müxbir A.Məhərrəmli/ 

"Dondurulmuş münaqişələr" adlandırılan münaqişələri diqqət mərkəzində saxlayacayıq. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü Türkiyənin Xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) yeni sədri Əhməd Davudoğlu AŞ Baş katibi Torbyorn Yaqland və Makedoniyanın Xarici işlər naziri Antonio Miloşoski ilə birgə keçirdiyi mətbuat konfransında "Türkiyənin AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə "dondurulmuş münaqişələr"in həlli istiqamətində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı töhfəni verə bilər" sualına cavabında deyib. 

"Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri qismində biz əlbəttə ki, "dondurulmuş münaqişələr" adlandırılan münaqişələri diqqət mərkəzində saxlayacayıq. Təbii ki, AŞ-nın siyasəti və fəaliyyəti bu münaqişələri əhatə edəcək" deyə Davudoğlu bildirib. 

Qeyd edək ki, noyabrın 10 AŞ Nazirlər Komitəsinə sədrlik altı ay müddətinə (10 noyabr 2010-11 may 2011) Makedoniyadan Türkiyəyə keçib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti