...

"Müharibə" birbaşa olaraq "dialoq", "həmrəylik" və "sülhməramlı" anlayışlarına ziddir – Azərbaycanın səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2010 19:38 (UTC +04:00)
"Müharibə" birbaşa olaraq "dialoq", "həmrəylik" və "sülhməramlı" anlayışlarına ziddir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirdədir.
"Müharibə" birbaşa olaraq "dialoq", "həmrəylik" və "sülhməramlı" anlayışlarına ziddir – Azərbaycanın səfiri

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir S.Ağayeva/

"Müharibə" birbaşa olaraq "dialoq", "həmrəylik" və "sülhməramlı" anlayışlarına ziddir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirdədir.

"Yaşanmış 20 il ərzində bizim gənc suveren dövlətlərimiz və biz özümüz də, başqa cür, bir tərəfdən ayrı, suveren və daha qapalı, digər tərəfdən isə daha tolerant, dünyaya açıq olmuşuq. Yenilik bizə dünya vətəndaşı olmağı, öz milli mənzillərimizdə təklənməməyi öyrədir", - cümə axşamı səfir Moskvada xalq diplomatiyası forumunda çıxışı zamanı deyib. Bu barədə səfirliyin saytındakı məlumatda deyilir.

Cümə axşamı Moskvada "Xalq diplomatiyasının beynəlxalq humanitar əməkdaşlığın inkişafında rolu" ikigünlük beynəlxalq ictimai forumu açılıb.

Forumun məqsədi - xalq diplomatiyasının irəliləməsinə, millətlərarası və dinlərarası həmrəyliyin, xalqlar arasında dostluq və anlaşmanın inkişafına və möhkəmlənməsinə, planetdə sülh və həmrəylik tərəfdarı olan qüvvələrin cəmləşməsinə xidmət edəcək tövsiyələrin hazırlanmasına yönələn dövlət və qeyri-hökumət təşkilatlarının, xarici tərəfdaşların səylərinin birləşdirilməsidir.

Diplomat xalq diplomatiyası mövzusuna müraciət etməyin əhəmiyyətini qeyd edərək, onun kəskinliyinə və aktuallığına da diqqət yetirib.

"Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, xalqlarımız maraq və həyat anlayışını bir o qədər də asanlıqla əldə etmirlər. O, ağır yükü bu gün də daşınan münaqişələr bahasına əldə edilir. Praktiki olaraq keçmiş sovet məkanı bu və ya digər miqyasda milli maraqlara ziyan vuran, sabaha inamsızlıq yaradan geosiyasi qarşıdurma meydanına cəlb edilib", - səfir qeyd edib.

Bülbüloğlunun sözlərinə görə, onlardan ən yubanmışı Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Hesab edirəm ki, 20 il bundan əvvəl Sovet İttifaqı adlandırılan ölkənin dağılması üçün əsas detonator olan Qarabağ müharibəsinin acı dərsləri dialoq və tərəfdaşlıq haqqında bütün müzakirələr üçün örnəkdir, çünki "müharibə" sözü birbaşa olaraq "dialoq", "həmrəylik" və "sülhməramlı" anlayışları ilə ziddiyyət təşkil edir", - səfir bildirib.

Onun sözlərinə görə, bu müharibə onun açıq tərəfdarları və qızışdırıcıları da daxil olmaqla, heç bir insana qazanc gətirməyib. "Əksinə, o, Cənubi Qafqazda dərin inamsızlıq və etnik ayrılıq faktoru olub, insanların ürəklərində hüquqi və fiziki qorunmamaq, itkilərin əvəzedilməzliyi hissini yaradıb. Çünki hər birimizin yalnız bir həyatı və eyni bərabər hüququ var", - diplomat qeyd edib.

Azərbaycan səfiri iştirak edənlərin diqqətini Cənubi Qafqazda uzun müddətdir özünə məskən salan terror, ekstremizm və zorakılığın eskalasiyasının yolverilməzliyinə yönəldib, Manej meydançasında bu yaxınlarda baş verən hadisələri xatırladıb. "Bu günlərdə açıq-aydın meydana gələn qarşıdurma ilk baxışda göründüyündən daha dərin, geniş və əhəmiyyətlidir", - səfir əlavə edib.

Bülbüloğlu bu çətin vəzifələrin gələcək nəsillər üçün həll edilməsini "miras qoymayaraq", müsibət və zorakılığın ağılsız eskalasiyasının qarşısının alınmasına çağırıb. Onun fikrincə, bunu yalnız siyasi elitadan tutmuş intellektual və dini elitaya kimi bütün elitaların səylərini birləşdirməklə etmək mümkündür. Hər bir insan etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, bütün insanlar üçün sülh, həmrəylik və bərabərhüquqluluğun könüllü elçisi və müdafiəçisi olmalıdır.

Keçirilmə təşəbbüsü Rusiya Prezidenti tərəfindən dəstəklənən forum ümumittifaq xariclə mədəni əlaqələr cəmiyyətinin 85-ci ildönümünə həsr edilib.

Forumda qanunvericilik və icra hakimiyyəti orqanlarının, qeyri-hökumət, gənclər və dini təşkilatların, ali təhsil müəssisələrinin, yaradıcılıq ittifaqlarının, Rusiyanın dostluq cəmiyyətlərinin nümayəndələri, eləcə də xarici ölkələrin görkəmli siyasi və ictimai xadimləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti