...

Rusiya və Türkiyə XİN rəhbərlərinin müavinləri Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2011 12:31 (UTC +04:00)
Fevralın 4-də Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin və Türkiyənin xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu arasında məsləhətləşmələr aparılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiya XİN-in rəsmi saytında məlumat verilib.
Rusiya və Türkiyə XİN rəhbərlərinin müavinləri Dağlıq Qarabağ nizamlanmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Fevralın 4-də Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin və Türkiyənin xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu arasında məsləhətləşmələr aparılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rusiya XİN-in rəsmi saytında məlumat verilib.

Xarici işlər nazirlərinin müavinləri Rusiya-Türkiyə əməkdaşlığının yüksək səviyyəsini, xarici işlər nazirləri arasında əlaqələrin müntəzəm və səmərəli xarakterli olmasını qeyd ediblər, məlumatda deyilir.

Görüş zamanı tərəflər Qafqazda vəziyyət, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyət daxil olmaqla bir sıra beynəlxalq və regional məsələləri müzakirə ediblər, məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti