...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2011 09:37 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 5 mart /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 4-də saat 20.25-dən 20.40-dək Ermənistan Respublikasının İjevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Jəfərli kəndində yerləşən mövqelərimizi;
- saat 18.10-dan 18.15-dək Ağdam rayonunun Jəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21.40-dan 22.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti