...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Mart 2011 18:40 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Hüseynli/

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

1986-cı il təvəllüdlü Samir Hidayət oğlu Ağayev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti