...

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2011 11:20 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Abdullayev deyib ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəliblər. Hər iki əsgər hospitala yerləşdirilib. Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. Nəzərov isə yüngül xəsarət alıb.

Abdullayev Gədəbəy, İsfəndiyarov isə Kəlbəcər rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Xəbər lenti

Xəbər lenti