...

Rauf Talışinski: "Exo Moskvı" radiostansiyasının baş redaktorunun Azərbaycan XİN-in qərarına reaksiyası qeyri-adekvatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2011 18:09 (UTC +04:00)
Azərbaycanın gündəlik qəzeti "Exo"nun baş redaktoru Rauf Talışinski "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovun Azərbaycan XİN-in qərarına reaksiyasını qeyri-adekvat hesab edir.
Rauf Talışinski: "Exo Moskvı" radiostansiyasının baş redaktorunun Azərbaycan XİN-in qərarına reaksiyası qeyri-adekvatdır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın gündəlik qəzeti "Exo"nun baş redaktoru Rauf Talışinski "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovun Azərbaycan XİN-in qərarına reaksiyasını qeyri-adekvat hesab edir.

"Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini Sergey Buntman bütün dünyada qəbul edilən, sərhədlərin keçilməsi ilə bağlı qaydaları pozub və söhbəti onun jurnalist olmasına gətirmək, fikrimcə, tamamilə yersizdir və Venediktov tərəfindən belə reaksiyanı qeyri-adekvat hesab edirəm", - Talışinski çərşənbə axşamı Trend-ə deyib.

Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini Sergey Buntman Azərbaycan tərəfinə bildirmədən Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə səfər edib. Buntman orada separatçı liderlərdən müsahibə götürüb. Azərbaycan Xarici İşlər Nazirliyi jurnalisti respublikaya səfəri arzuolunmaz şəxslər siyahısına daxil edib. Belə qərar Bakını xəbərdar etmədən Dağlıq Qarabağa səfər edən bütün əcnəbilərə qarşı tətbiq edilir.

"Mən həmişə Venediktovu sakit və təmkinli insan hesab etmişəm, lakin onun dünən nümayiş etdirdikləri təəccüblüdür. Buntmanın jurnalist, bəstəkar və ya çəkməçi olmasının heç bir əhəmiyyəti yoxdur və Azərbaycan Xarici İşlər Nazirliyinin Buntmanla bağlı gördüyü tədbirləri tamamilə düzgün hesab edirəm", - Talışinski qeyd edib.

"Exo" qəzetinin baş redaktorunun sözlərinə görə, o, "Exo Moskvı"nın saytında Venediktovun fikirlərinə sayt istifadəçilərinin verdiyi bütün şərhləri diqqətlə oxuyub. "Qeyd etməliyəm ki, şərhlərin çox hissəsi Venediktovun bəyanatından daha çox məntiqəuyğundur. İnsanlar Azərbaycan XİN-in qərarını dəstəkləyirlər, bu da çox yaxşı haldır", - Talışinski bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti