...

Kazandakı görüşdə Madrid prinsiplərinin son variantının təsdiqlənməsi mümkündür - ATƏT MQ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2011 17:47 (UTC +04:00)
Əsas prinsiplər üzərində iş daimi olaraq gedir, hər bir görüş zamanı təkliflər, düzəlişlər edilir. Bu barədə jurnalistlərə Khankəndində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Xəbəri "Armenia Today" yayıb.
Kazandakı görüşdə Madrid prinsiplərinin son variantının təsdiqlənməsi mümkündür - ATƏT MQ

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Əsas prinsiplər üzərində iş daimi olaraq gedir, hər bir görüş zamanı təkliflər, düzəlişlər edilir. Bu barədə jurnalistlərə Xankəndində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Xəbəri "Armenia Today" yayıb.

"Hazırda layihə var. Bir sıra məsələlər tamamlanması lazımdır. Bununla isə, dediyim kimi, nazirlər məşğul olacaqlar və əgər razılaşdırılarsa, yekun variant üzərində işlərin Kazanda başa çatması mümkündür", -Popov bildirib.

Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, Madrid prinsiplərinin son variantı üç ay əvvəl Soçidə müzakirə olunmuş variantdır.

"İndi düzəlişlər gedir, tamamlanması lazım gələn kiçik bəndlər var. Ona görə biz dərhal yekun variantın təsdiqlənəcəyinə ümid edirik. Çünki bilirsiniz ki, birinci variant 2007-ci ilin sonlarında idi", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti