...

Ermənistan prezidentinin əsas niyyəti sülh məqsədlərindən uzaqdır - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2011 17:37 (UTC +04:00)
Ermənistanın prezidentı Serj Sarkisyanın Sevan gölündə "Birlik" gənclər hərəkatı görüşündə səsləndiridyi beyyanatı verilməsi o demekdir, ki Parij prosesindən başlayaraq və Madrid əsas prinsiplərlə davam etdirərək Dağliq Garabağa dair sülh proseslərin əldə edilən bütün razılaşmalarına son vermək isləyir, bazar günü Trende XİN-nin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev dedi.
Ermənistan prezidentinin əsas niyyəti  sülh məqsədlərindən uzaqdır - Azərbaycan XİN

Ermənistanın prezidentı Serj Sarkisyanın Sevan gölündə "Birlik" gənclər hərəkatında görüşü zamanı səsləndiridiyi bəyanatı o deməkdir, ki Paris prosesindən başlayaraq və Madrid əsas prinsiplər ilə davam etdirilən Dağlıq Qarabağa dair sülh proseslərində əldə edilən bütün razılaşmalarına son vermək isləyir, bazar günü Trend-ə XİN-nin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev dedi.

Gəncləri Azərbaycan ərazisinin işğalına çağırarkən prezident Sarkisyan yenidən sülh niyyətlərindən uzaq olan əsil məqsədlərini nümayiş etdirdi.

Öz xalqını sülhə çağırmaq əvəzinə, Sarkisyan gəncləri radikallığa çağırır. Bu isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin prezidentlərinin Rusiya prezidenti Dmitriy Medvedev, Fransa prezidenti Nikola Sarkozi və ABŞ prezidenti Barak Obama tərəfindən yayılan bəyanata ziddir. Belə bəyanatlar edərək, Sarkisyan öz əsil məqsədlərini göstərir və bununla da sübut edir ki, o sülh yolunu axtarmır və öz qeyri-konstruktiv mövqeyini dəyişmək istəmir.

"İnterfaks"ın məlumatına görə, Sevan gölundə "Birlik" gənclər hərəkatının iştirakçıları ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyan qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. "Nə qədər bu, tez baş verərsə, bir o qədər hamı üçün yaxşı olar, o cümlədən Azərbaycan üçün"

Gec-tez Qarabağ tanınacaq. Heç kim buna şübhə etmir - Sarkisyan qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti