Azərbaycan, Bakı, 24 avqust /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 23-də saat 23.00-dan 23.40-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 19.55-dən 20.00-dək, 20.30-dan 20.37-dək və avqustun 24-də saat 05.00-dan 05.20-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.