...

ÜST Ermənistanda azərbaycanlı əsirlərin orqanlarının satılmasına aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2011 14:25 (UTC +04:00)
İnsan orqanlarının ticarət məqsədilə istifadəsi qətiyyən yolverilməzdir və bu insan hüquqlarına tam ziddir.
ÜST Ermənistanda azərbaycanlı əsirlərin orqanlarının satılmasına aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 14:12-də yayılıb)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

İnsan orqanlarının ticarət məqsədilə istifadəsi qətiyyən yolverilməzdir və bu insan hüquqlarına tam ziddir. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin strateji proqramlar və xüsusi layihələr üzrə direktoru Agis Tsouros Ermənistanın azərbaycanlı əsirlərin orqanlarını ticarət məqsədilə satmasına münasibət bildirərkən jurnalistlərə deyib.

Tsouros bildirib ki, indiyədək ÜST-də insan orqanlarının satılması ilə bağlı müzakirələrin aparıldığının şahidi olmayıb. ÜST rəsmisi bununla belə, faktlara insan hüquqları nöqteyi-nəzərindən yanaşdıqlarını deyib. O əlavə edib ki, transplantasiya qanunla tənzimlənir.

"Amma qanundan kənar orqanların istifadəsi və ya satılması qəti qadağandır. Qanundankənar transplantologiyanın olması, orqanların ticarət məqsədilə istifadəsi qətiyyən yolverilməzdir", - proqram direktoru deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti