Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Müdafiə Nazirliyi işğal olunmuş Əsgəran rayonu ərazisində vurulan pilotsuz hərbi təyyarənin Azərbaycana aid olduğunu təsdiqləməyib.
"İşğal olunmuş ərazilərdə yerə düşərək dağılan pilotsuz hərbi təyyarənin Azərbaycana heç bir aidiyyəti yoxdur", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib.
Ermənistan mətbuatı çərşənbə günü Əsgəran rayonu ərazisində Azərbaycana məxsus pilotsuz təyyarənin vurulması ilə bağlı məlumat yayıb.