...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2011 10:20 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər sentyabrın 16-da saat 11:30-dan 11:50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14:50-dən 15:00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 12:55-dən 13:10-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 17-də saat 04:00-dan 04:10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04:30-dan 04:35-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti