...

Azərbaycanlı hərbi əsir Ermənistandan üçüncü ölkəyə təhvil verilib - KİV

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2011 13:51 (UTC +04:00)
Ermənistan azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu bu gün üçüncü ölkəyə təhvil verib. Trend-in məlumatına görə, bu barədə Mediamaks agentliyinə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycanlı hərbi əsir Ermənistandan üçüncü ölkəyə təhvil verilib - KİV

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Ermənistan azərbaycanlı hərbi əsir Roman Novruz oğlu Hüseynovu bu gün üçüncü ölkəyə təhvil verib. Trend-in məlumatına görə, bu barədə Mediamaks agentliyinə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.

Təhvilvermə BMT-nin qaçqınların işləri üzrə ali komissarı və Beynəlxalq Miqrasiya Agentliyinin nümayəndələri vasitəsilə həyata keçirilib.

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hələki bununla bağlı rəsmi açıqlama yaymayıb.

Xəbər lenti

Xəbər lenti