...

Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir – Sarkozi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2011 11:17 (UTC +04:00)
Yerevanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına ümidini ifadə edib. Bu barədə Trend "Novosti Armeniya" agentliyinə istinadən xəbər verir.
Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir – Sarkozi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Yerevanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına ümidini ifadə edib. Bu barədə Trend "Novosti Armeniya" agentliyinə istinadən xəbər verir.

"Yeganə həll Ermənistan və Azərbaycan tərəfləri arasında ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların yenidən başlanmasıdır. Biz görürük ki, bu problemlə bağlı sülhün əldə olunması üçün təmas nöqtəsini tapmaq mümkündür", - Sarkozi cümə günü Ermənistan Prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında bildirib.

Fransa Prezidentinin sözlərinə görə, tərəflərin belə həllə nail olması vacibdir.

O qeyd edib ki, Cənubi Qafqaz regionu yetərincə qeyri-sabitdir və hər iki ölkənin inkişafı nöqteyi-nəzərindən sülhün əldə olunması vacibdir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti