...

Azərbaycan müdafiə nazirinin həmsədrlərlə görüşündə cəbhə xəttindəki vəziyyət müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2011 15:15 (UTC +04:00)
Azərbaycanın müdafiə nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə cəbhə xəttindəki vəziyyət müzakirə olunub.
Azərbaycan müdafiə nazirinin həmsədrlərlə görüşündə cəbhə xəttindəki vəziyyət müzakirə olunub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə cəbhə xəttindəki vəziyyət müzakirə olunub.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çərşənbə günü ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye (sabiq həmsədr), İqor Papov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Fransadan olan yeni həmsədr Jak Foru qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, yeni təyinat alan həmsədr müdafiə nazirinə təqdim olunandan sonra müzakirələrə başlanılıb.

Görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəsüratlarını bölüşüblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən danışıqların mövcud durumu və inkişaf pekrspektivləri barədə geniş fikir müdadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti