...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2012 10:37 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti