...

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı haqqında bəyanat qəbul edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 10:43 (UTC +04:00)
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu cümə axşamı 1992-ci il fevralın 26-da baş verən hadisələri kəskin şəkildə pisləyən Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı haqqında bəyanat qəbul edib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu cümə axşamı 1992-ci il fevralın 26-da baş verən hadisələri kəskin şəkildə pisləyən Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

"Türkiyə həmişə bu faciənin dünya ictimaiyyətinə çatdırılması və bu cinayətdə günahı olanların ədalət məhkəməsinin qarşısında dayanması üçün Azərbaycana lazımi dəstəyi göstərəcək", - bəyanatda deyilir.

Parlamentlərarası dostluq qrupunun sədri Necdet Ünüvar qeyd edib ki, ermənilərin Xocalıda və işğal etdikləri digər Azərbaycan torpaqlarında törətdikləri bütün cinayətlər cəzasız qalmayacaq.

Parlamentin deputatı Sinan Oğan bəyan edib ki, Türkiyə dünyanın Xocalı soyqırımı barədə bilməsi üçün ondan asılı olan hər şeyi edəcək.

Xəbər lenti

Xəbər lenti