...

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2012 09:50 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir M.Əliyev/

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 11:00-dan 11:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18:40-dan 18:50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 03:20-dən 03:25-dək və 04:20-dən 04:25-dək Ermənistanın İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti