...

Dağlıq Qarabağ münaqişəsinin həll yolu etimadın yaradılmasındadır - Avropa komissarı (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2012 15:18 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın yaradılmasındadır.
Dağlıq Qarabağ münaqişəsinin həll yolu etimadın yaradılmasındadır - Avropa komissarı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Ağayeva/

Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın yaradılmasındadır. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş adlandırılsa da, heç kim bu ərazi mübahisəsini unutmur", - Füle bildirib.

Onun sözlərinə görə, Aİ münaqişənin həll olunması üçün maksimum səy göstərməyə hazırdır və ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir.

"Biz dəfələrlə qaçqınların öz doğma torpaqlarına qayıtmaq arzusunun şahidi olmuşuq və bu proses irəliləməlidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti