Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Cəhbə xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 17:10-dan 17:35-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, saat 23:35-dən 23:45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi, aprelin 7-də saat 02:20-dən 02:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Cəhbə xəttində gərginlik davam edir
Düşmən cavab atəşi ilə susdurulub.
