...

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2012 10:15 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub.
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 11:40-dan 12:00-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 12:00-dan 12:20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti