...

Səməd Seyidov Ermənistan nümayəndə heyətini AŞ PA-da müzakirələrdə iştiraka çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2012 16:04 (UTC +04:00)
Azərbaycan üçün önəmli məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Səməd Seyidov Ermənistan nümayəndə heyətini AŞ PA-da müzakirələrdə iştiraka çağırıb

Fransa, Strasburq, 23 aprel /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan üçün önəmli məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun yaz sessiyasının ilk iş günündə çıxışı zamanı deyib.

"Mən AŞ PA sədri Jan-Klod Minyona bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparmaq üçün Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətləri arasında görüşün təşkilinə dair təşəbbüslə çıxış etdiyinə görə minnətdarlığımı bildirirəm", - o deyib.

Səmədov bildirib ki, AŞ-nin üzvü kimi, Azərbaycan nümayəndə heyəti həmişə Dağlıq Qarabağ münaqişəsinə dair bu cür iclaslar və müzakirələrin və bu məsələyə dair Ermənistan nümayəndə heyəti ilə əlaqələrin olmasının tərəfdarı olub.

"Təəssüf ki, iki ildir Ermənistan nümayəndə heyəti bizim nümayəndə heyəti ilə Dağlıq Qarabağ münaqişəsi kimi çox önəmli məsələni müzakirə etməklə bağlı bütün əlaqələri rədd edir. AŞ PA sədrinin görüş haqqında təşəbbüsünü nəzərə alaraq, düşünürəm ki, biz,azərbaycan və ermənilərin, eləcə də Avropa Şurasının marağında olan bu formatı yaratmaq iqtidarında olacağıq", - Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli tapılmalıdır. "Bunun üçün əlimizdən gələni etməliyik. Bizim əlimizdə danışıqlar, dialoq və müzakirələr kimi vasitələr var. Ermənistan nümayəndə heyətini bu müzakirələrdə iştirak etməyə dəvət edirəm", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti