...

Ermənistanın mövqeyində əvvəlki kimi məntiq yoxdur - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2012 12:12 (UTC +04:00)
Ermənistan öz diplomatik resurslarını o qədər tükədib ki, öz mövqeyini səsləndirməyi Şavarş Köçəryan kimi bu qədər məlumatsız adama etibar edir.
Ermənistanın mövqeyində əvvəlki kimi məntiq yoxdur - XİN

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Tarıverdiyeva /

Ermənistan öz diplomatik resurslarını o qədər tükədib ki, öz mövqeyini səsləndirməyi Şavarş Köçəryan kimi bu qədər məlumatsız adama etibar edir. Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistanın xarici işlər nazirinin müavininin "Novosti Artmeniya" agentliyinə müsahibəsini şərh edərkən deyib.

"Köçəryanın müsahibəsində dediklərini nəinki şərh etmək, başa düşmək belə çətindir. Onun dedikləri həqiqətdən o qədər uzaqdır ki, belə bir hiss yaranır ki, o ya sayıqlayır, ya da sadəcə olaraq reallıqlarla tanış deyil", - Abdullayev bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan hakimiyyəti sülhə hazır olsaydı, beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirərdi, öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarardı və sülhə getmək məqsədilə danışıqlar masasına əyləşərdi.

"Erməni diplomatın bəyanatının əsəbiliyi Ermənistan tərəfinin öz dəlillərini tükətməsindən xəbər verir və üstünlüyü məntiqi izaha deyil, absurd bəyanatların gurultusuna və dolaşıq izahatlara verir. Görünür, ona görə də heç vaxt ermənilərin mövqeyində məntiq olmayıb", - Abdullayev bildirib.

XİN nümayəndəsi qeyd edib ki, dünya birliyinin Ermənistanı təcavüzakr hesab etməsi və uzun illər onu işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağırması faktı fakt olaraq qalır. Lakin erməni tərəfi bu fakta biganə yanaşaraq öz mövqeyini tamamilə məlumatsız adamın səsləndirməsinə imkan verir .

"Görünür, artıq Ermənistan rəhbərliyi üçün onu kimin və necə təmsil etməsinin fərqi yoxdur. Bu da heç olmazsa, görüntü üçün Dağlıq Qarabağ nizamlaması üzrə diplomatik səylərin yaradılmasından tam imtina etməkdən xəbər verir", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti