...

Hillari Klinton regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2012 12:23 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klinton regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.
Hillari Klinton regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Azərbaycan, Bakı, 26 may / Trend müxbir V.Javoronkova/

ABŞ dövlət katibi Hillari Klinton regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu şənbə günü ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib.

"Klintonun Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı bütün sahələr üzrə əməkdaşlıq, o cümlədən energetika və regional məsələlər müzakirə olunacaq", - Sterlinq deyib.

Hillari Klintonun Azərbaycana səfəri iyunun 6-da baş tutacaq.

ABŞ-ın Azərbaycana səfirinin təyinatı ilə bağlı müvəqqəti işlər vəkil deyib ki, hazırda həmin məsələ ABŞ Senatından asılıdır.

"Riçard Morninqstarın namizədliyi Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənməlidir. Ümid edirəm ki, bu barədə müzakirələr Senatda yaxın bir neçə həftə ərzində keçiriləcək. Səfirin namizədliyi təsdiq edilsə, o, yaxın zamanlarda Azərbaycana gələcək". - o deyib.

Xəbər lenti

Xəbər lenti