...

Azərbaycan iqtisadi zərərə görə Ermənistanı beynəlxalq məhkəməyə verə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2012 13:54 (UTC +04:00)
Azərbaycan işğal olunmuş ərazilərdə vurulmuş iqtisadi zərərə görə Ermənistanı beynəlxalq məhkəməyə verə bilər.
Azərbaycan iqtisadi zərərə görə Ermənistanı beynəlxalq məhkəməyə verə bilər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan işğal olunmuş ərazilərdə vurulmuş iqtisadi zərərə görə Ermənistanı beynəlxalq məhkəməyə verə bilər.

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində bir çox müəssisələr, kənd təsərrüfatı tamamilə məhv edilib. Bunların əvəzində Ermənistan Azərbaycana vurulan zərəri ödəməlidir", - Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.

O vurğulayıb ki, artıq Azərbaycan dövləti də, ictimaiyyəti də bu istiqamətdə öz işini aparmalıdır.

Bu cür nümunələrin artıq dünyada mövcud olduğunu diqqətə çatdıran millət vəkili qeyd edib ki, beynəlxalq hüquq normalarına əsaslanaraq Azərbaycan bu məsələni qaldırıb beynəlxalq məhkəmələrə çıxara bilər.

Mustafayeva vurğulayıb ki, beynəlxalq hüquq baxımından Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət daşıması heç bir şübhə doğurmur.

"Biz artıq bu istiqamətdə öz işimizə başlayırıq. Bu, bizim gələcək nəsillərimiz haqqında düşünməyimizin bir nümunəsidir", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti