...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu terminindən qorxan Aİ bizə Rusiyadan qorxmamağı məsləhət görür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2012 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

Almaniyanın Ermənistandakı səfiri Hans Yohen Şmidt erməni mətbuatına verdiyi müsahibədə Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə dair izahedici məqam var. Bunu cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

İndiki halda Qarabağ ərazisində ictimaiyyətin dəstəklənməsinin xeyrinə konkret tədbirlərdən danışmağın çox mürəkkəb olduğunu deyən politoloq qeyd edib ki, səfirin bu müsahibədə işlətdiyi "Qarabağ ərazisi" termini şübhəli konteksdədir.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ən əsas etimadyaradıcı tədbirlər kimi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərinin dialoqu məsələsini sənədə sala bilməyən Aİ tərəflərdən Dağlıq Qarabağ münaqişəsi regionuna maneəsiz girməyi tələb edir", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ ermənilərinin Aİ-nin belə addımlarına, reallaşdıracağı layihələrə ehtiyacı var. Bu, onlar üçün siyasi, iqtisadi, humanitar dəstəkdir.

Politoloqun fikrincə, Aİ Dağlıq Qarabağ münaqişəsi regionuna daxil olmazdan öncə iki addımı atmalıdır.

"Birincisi, çox dəqiq plan işləyib hazırlamalı və bu planı Azərbaycanla Ermənistana təqdim etməlidir. İkincisi, Azərbaycanın və Ermənistanın qəbul etdiyi plan və ya proqram layihəsinin mühüm, başqa sözlə, ağrılı hissələrinin təqdimatını Dağlıq Qarabağ regionundan kənarda reallaşdırmalıdır. Bu, Brüssel, Yerevan, Bakı və ya istənilən şəhər ola bilər. Yalnız bu addımlardan sonra Aİ Dağlıq Qarabağ münaqişəsi regionunda effektiv iş görə bilər. Başqa variant yalnız əks-effekt yaradacaqdır. Münaqişə regionunda hərbi gərginlik arta və ya ermənilərin imitasiya üçün əlavə imkanları yarana bilər", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, günü sabahdan Aİ Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərinin dialoqunu Dağlıq Qarabağdan kənarda başlaya bilər.O zaman kimin dinc tənzimləmənin əleyhinə olması bəlli olacaq.

"O da nəzərə alınmalıdır ki, 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedev Rusiya-Aİ münasibətlərinin gündəliyinə Dağlıq Qarabağ və Dnestryanı münaqişənin tənzimlənməsində birgə fəaliyyət məsələsini də salmışdı. O zaman Aİ rəsmiləri Dnestryanı münaqişənin tənzimlənməsində Rusiya ilə əməkdaşlıq təklifini qəbul etsələr də, Dağlıq Qarabağ məsələsində əməkdaşlıqdan imtina etdilər", - Əhmədoğlu bildirib.

O qeyd edib ki, Aİ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqelərini aydınlaşdırmalıdırlar, ikinci ATƏT MQ-yə ehtiyac yoxdur.

"Aİ-nin mövqeyi Ermənistanı daha da aqressivləşdirir. Qəribə mənzərə alınır: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu və ya Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları terminlərini sənədə yazmaqdan qorxan Aİ bizə Rusiya ilə qarşılıqlı maraqları nəzərə almamağı, Aİ-yə qaz satmaq və qaz tranziti ilə məşğul olmağı məsləhət bilir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti