...

Herman Van Rompey: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəstəyini davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2012 13:27 (UTC +04:00)
Herman Van Rompey: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəstəyini davam etdirəcək
Herman Van Rompey: Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəstəyini davam etdirəcək

Azərbaycan, Baklı, 4 iyul /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın razılıq əldə etmək üçün öz səylərini artırmasına təkid etməkdə davam edəcək.

Trend Aİ-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, bunu Avropa İttifaqı Şurasının sədri Herman Van Rompey Ermənistan Parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, "Madrid Prinsipləri" Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədləri olan Fransa, Rusiya və ABŞ qarşısında götürdükləri öhdəliklərə uyğun şəkildə sülh üçün əsas baza olaraq qalır.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son zamanda baş verən silahlı insidentlərdən ciddi narahat olduğunu deyən Şura sədri insan itkisinə dərindən təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, bu faciəvi insidentləri geri qaytarmaq mümkünsüzdür, lakin bunlardan dərs götürmək olar.

"Aİ hər iki tərəfi atəşkəs rejminə ciddi əməl etməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırır. Təhdidlər və gücün tətbiqi bu münaqişənin həllinə kömək etmir", - Rompey deyib.

O bir daha bəyan edib ki, Aİ ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu illə həlli istiqamətində səylərini dəstəkləyir və etimadın yaradılması üçün hər zaman kömək göstərməyə hazırdır.

Rompey, həmçinin vurğulayıb ki, münaqişənin həlli üzrə razılıq əldə olunduğu halda, Aİ bu dəstəyi davam etdirməyə, eləcə də reabilitasiya istiqamətində kömək göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti