...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini irəlilətmək üçün unikal şərait yaranıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2012 13:58 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini irəlilətmək üçün unikal şərait yaranıb.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini irəlilətmək üçün unikal şərait yaranıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini irəlilətmək üçün unikal şərait yaranıb. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, həm Azərbaycan, həm Ermənistan BMT-də etniki təmizləmə ilə əlaqəli məsələ qaldırıblar.

"Tərəflər bir-birlərini etnik tənzimləmədə ittiham edirlər. BMT-yə belə iki eyni məzmunlu müraciət məsələni araşdırmaq üçün komissiyanın yaradılmasına çox gözəl fürsət verir. BMT hər iki tərəfin müraciətini əsas götürərək, DQ münaqişəsi zamanı münaqişə regionda etniki təmizləmənin aparılıb-aparılmadığını müəyyənləşdirir", - Əhmədoğlu deyib.

O həmçinin qeyd edib ki, hər iki ölkə prezidenti münaqişənin Helsinki Yekun Aktları (HYA) əsasında tənzimlənməsinə tərəfdarı olduqlarını bəyan ediblər.

"HYA-nın 3 prinsipi (güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək, ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə prinsipləri) 1975-ci ildə qəbul edilmişdir. İndi bu prinsipləri özbaşına təfsir etmək mümkün deyil. Azərbaycan və Ermənistan müstəqillik əldə edən kimi, BMT-yə üzv olan zaman imzaladıqları ilkin sənədlər sırasında HYA da var. Hər iki tərəfin razılığını əsas götürüb DQ münaqişəsinin tənzimlənməsi üçün sənəd imzalamaq olar", - politoloq deyib.

Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri" münaqişənin tənzimlənməsinə kifayət qədər əsas yaradır. O bildirib ki, ermənilərin özlərinin keçirdiyi rəy sorğuları indiki qondarma qurumdakı mövcud rəhbərliyin reytinqinin xeyli aşağı olduğunu göstərir.

"Həm münaqişənin başladığı, həm də DQ-nin Azərbaycanın tərkibində olduğu son dönəmlərdə də qondarma hakimiyyətin nüfuzu bu qədər aşağı olmamışdı. Bu, DQ ermənilərinin indiki şəraitdən qışqırtısıdır. Vasitəçilər vaxtilə orada yaşamış azərbaycanlıların bir qrupunu DQ-yə aparmaqla əhalinin indiki siyasi fəallığını münaqişənin tənzimlənməsi istiqamətinə yönəldə bilər", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti