...

Ermənistan hərbiçiləri bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2012 10:41 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan hərbiçiləri bir neçə istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Ermənistan hərbiçiləri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli; Goranboy rayonunun Tapqaraqoyunlu; Cəbrayıl rayonunun Mehdili; Xocavənd rayonunun Kuropatkino; Ağdam rayonunun Şıxlar və Sarıcalı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti