...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2012 10:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Cəbhə xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, atışmalar əsasən Ermənistanın Noyemberyan rayonunun Voskevan, Berdavan; İcevan rayonunun Azatamut, Berkaber kəndlərində; işğal olunmuş Ağdam rayonunun Şuraabad, Yusifcanlı; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında; Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti