...

Azərbaycanda ötən ay 650-dən artıq PHS zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2012 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

2012-ci ilin oktyabr ayı ərzində 3,488,832 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə 652 PHS və 3 ədəd piyada və 6 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 207,194,930 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 674,759-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabəsi, Ağstafa, Füzuli, Gədəbəy, Goygol, Goranboy, Tərtər, Şəmkir və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ötən ay1 mina və PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti