...

Sudan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2012 18:26 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Prezidentinin köməkçisi Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sudan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Prezidentinin köməkçisi Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edən Məmmədyarov, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Nazir qonağa Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında da məlumat verib.

Sudan Prezidentinin köməkçisi Nafi Əli Nafi ölkəsinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib və iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib və Sudanın bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb.

Nafi Əli Nafi Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti