...

Bahar Muradova: ATƏT XİN Şurasında Qarabağ münaqişəsinin həllində irəliləyişlərə gətirəcək hansısa qərarın qəbul olunması gözlənilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2012 16:36 (UTC +04:00)
ATƏT xarici işlər nazirlərinin toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə gətirəcək hansısa qərarın qəbul olunması gözlənilmir.
Bahar Muradova: ATƏT XİN Şurasında Qarabağ münaqişəsinin həllində irəliləyişlərə gətirəcək hansısa qərarın qəbul olunması gözlənilmir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/

ATƏT xarici işlər nazirlərinin toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə gətirəcək hansısa qərarın qəbul olunması gözlənilmir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

"Danışıqlar prosesinin hazırkı durumunu nəzərə alsaq, Nazirlər Şurasının iclasında vəziyyəti dəyişə biləcək hansısa qərar verilməsini gözləmirəm", - Muradova deyib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin toplantısı 6-7 dekabr tarixində İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Onun sözlərinə görə, həmsədrlərin regiona səfərindən sonra gəlinən nəticə ondan ibarət oldu ki, bu səfər xarici işlər nazirlərinin danışıqları davam etdirməsinə təsir göstərə bilər.

Muradova Ermənistanda keçiriləcək prezident seçkilərini ATƏT tərəfindən qərarın qəbul olunmaması üçün əsas səbəblərdən biri kimi göstərib.

"Həmsədrlər də Ermənistanda prezident seçkiləri fikrini təkrarlayaraq hansısa ciddi irəliləyişin olmayacağını vurğulayırlar. Bu səbəbdən də ATƏT XİN Şurasının hansısa ciddi qərar qəbul edəcəyini düşünmürəm", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti