...

Xocalı aeroportunun mümkün açılışı məsələsi diplomatik yolla həll edilməlidir – Avropa komissarı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2013 12:45 (UTC +04:00)
Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle dünən Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb.
Xocalı aeroportunun mümkün açılışı məsələsi diplomatik yolla həll edilməlidir – Avropa komissarı

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Y.Kosolapova/

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle dünən Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Avropa Komissiyasının məlumatında deyilir.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Xocalı aeroportuna dair məsələnin nizamlanmasını müzakirə ediblər.

Füle Azərbaycanı və Ermənistanı bu aeroportla bağlı məsələnin diplomatik həlli yollarını axtarmağa, regionda gərginliyin güclənməsinə kömək edə biləcək istənilən hərəkətdən qaçmağa çağırıb.

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabaq münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş səylərini dəstəkləməkdə davam edir.

Bundan əvvəl Ermənistan KİV-i Xocalı aeroportunun yaxın vaxtlarda istismara veriləcəyi barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti