...

Beniliüks ölkələrində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2013 18:19 (UTC +04:00)
Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Benilüks (Belçika, Niderland, Lüksemburq) ölkələrində müxtəlif anım tədbirləri keçiriləcək.
Beniliüks ölkələrində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Benilüks (Belçika, Niderland, Lüksemburq) ölkələrində müxtəlif anım tədbirləri keçiriləcək.

Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Konqresdə tədbirlər planı hazırlanıb.

Tədbir öncəsi bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto, video materiallar, Konqresin bəyanatı paylanacaq.

Tədbirlər planında fevralın 20-dən 26-dək Benelüksdə "Xocalı həftəsi" elan edilməsi, mövcud olan əyani vəsaitlərin çoxaldılaraq paylanması, KİV-lərdə məlumatların yayılması nəzərdə tutulub.

Bundan başqa, Benilüks Azərbaycanıları Konqresində birləşmiş Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə "Xocalı soyqırımı - insanlığa qarşı cinayət" mövzusunda sərgi açılacaq.

Sərgidə müxtəlif foto, video materiallar, kitab və digər çap materialları numayiş etdiriləcək. Bundan əlavə, Benilüks Azərbaycanlıları Konqresi Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birgə tədbir təşkil edəcək.

Niderlanddakı tədbirdə Konqresin idarə heyətinin üzvləri, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Benilüks ölkələri hökumətinin rəsmi şəxsləri, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyət, eləcə də bu ölkədə ali təhsil alan tələbələrimiz iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti