...

Haaqada Xocalı faciəsi haqqında silsilə tədbirlər davam edir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 16:33 (UTC +04:00)
Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin və Hollandiya Azərbaycan Gənclər Cəmiyyətinin, o cumlədən Azərbaycanın hollandiyalı dostu Gert Van Damın birgə hazırladıqları "Xocalı Monumenti" ətrafında keçirilən bu tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev başda olmaqla səfirliyin bütün işçiləri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının isçi qrupunun rəhbəri Firudin Sadıqov, Niderland siyasətçiləri, mətbuat nümayəndələri, türk cəmiyyətləri və yerli camaat da iştirak edib.
Haaqada Xocalı faciəsi haqqında silsilə tədbirlər davam edir (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/

Haaqada Xocalı faciəsi haqqında silsilə tədbirlər davam edir.

Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin və Hollandiya Azərbaycan Gənclər Cəmiyyətinin, o cumlədən Azərbaycanın hollandiyalı dostu Gert Van Damın birgə hazırladıqları "Xocalı Monumenti" ətrafında keçirilən bu tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev başda olmaqla səfirliyin bütün işçiləri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının isçi qrupunun rəhbəri Firudin Sadıqov, Niderland siyasətçiləri, mətbuat nümayəndələri, türk cəmiyyətləri və yerli camaat da iştirak edib.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub və müxtəlif çıxışlar olub. Bundan əlavə, mərasim iştirakçılarına Xocalı faciəsini əks etdirən CD-lər, broşürlər də paylanıb.

Qeyd edək ki, cəmiyyətlərin birgə hazırladığı silsilə tədbirlər davam edir. Belə ki, fevralın 26-da Haaqadakı Ədalət Məhkəməsinin önündən Ermənistan səfirliyinə doğru yürüş keçiriləcək.

Yürüş zamanı yerli sakinlərə Xocalı faciəsi haqqında vərəqə və kitabçalar paylanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti