...

Kanadada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 12:07 (UTC +04:00)
"Azerbaijani Youth of Canada Network"un (AYCN) təşkilatçılığı və ASAIF-çilərin iştirakı ilə Voterlo, Toronto, Ottava və Monreal şəhərlərindən olan tələbələr Ottavaya yığışaraq Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması tələbi ilə yürüş təşkil ediblər.
Kanadada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Azerbaijani Youth of Canada Network"un (AYCN) təşkilatçılığı və ASAIF-çilərin iştirakı ilə Voterlo, Toronto, Ottava və Monreal şəhərlərindən olan tələbələr Ottavaya yığışaraq Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması tələbi ilə yürüş təşkil ediblər.

ASAIF-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Ottavada Parlamet yüksəkliyi adlı yerdə yığışan 60-a yaxın iştirakçı Xocalıya ədalət və faciəyə beynəlxalq aləmdə lazımi qiymət verilməsini tələb ediblər. Azərbaycan, Kanada və Türkiyə bayraqlarını əllərində tutan fəallar "Xocalıya ədalət!", "Biz ədalət tələb edirik!", "Qarabağda sülh!", "Xocalını tanı!", "Artıq Kanadanın növbəsidir!" kimi şüarlar səsləndiriblər.

ASAIF fəalları yuxarıda qeyd edilən şüarları səsləndirməklə Parlament yüksəkliyi ərazisindən Ottavadakı Ermənistan səfirliyinə qədər nümayiş keçiriblər. Yol boyu 1000-ə yaxın broşür və flayer paylanıb.

Yürüş Ermənistan səfirliyinin qarşısında davam edib. Burada iştirakçılar 1992-ci il hadisələrini tanımağı tələb edən və Ermənistan hökumətinə ünvanlanmış rəsmi məktubu oxuyublar. Məktubda o da qeyd edilib ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalı soyqırımının törədilməsində artıq öz rolunu etiraf etdiyinə görə Xocalı hadisələrinin tanınması və faciə qurbanlarından üzr istəmək üçün birbaşa məsuliyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti