...

İsraildə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 13:50 (UTC +04:00)
İsrailin paytaxtı Təl-Əvivdə Heydər Əliyev Fondu, AZİZ (Azərbaycan-İsrail Dostluq Cəmiyyəti) və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib.
İsraildə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

İsrailin paytaxtı Təl-Əvivdə Heydər Əliyev Fondu, AZİZ (Azərbaycan-İsrail Dostluq Cəmiyyəti) və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib.

Trend-in məlumatına görə, İsrailin hökumət üzvləri və deputatlarının qatıldığı anım mərasimində, həmçinin İsrail Bələdiyyə Şurasının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai birliklərin rəhbərləri, yerli və xarici KİV-lər, Təl-Əviv universitetinin tələbələri və İsrailin azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.

Mərasim Xocalıda günahsız öldürülən insanların ruhuna oxunan dualarla başlanıb.

Anım tədbirində çıxış edən İsrailin absorbsiya naziri Sofa Landver iki ölkə arasında münasibətlərin müsbət məqamları və inkişafı haqqında danışaraq, əlaqələrin möhkəmləndirilməsi və dəstəklənməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Milli Məclsinin deputatı Fuad Muradov Xocalı faciəsindən bəhs edərək "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasına Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini əks etdirən məlumatların təbliği ilə bağlı apardığı işə görə təşəkkür edib.

"İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının prezidenti Aleks Miller çıxışında qeyd edib ki, dünya Dağlıq Qarabağ münaqişəsi və doğma torpaqlarından didərgin düşmüş bir milyon azərbaycanlılar barədə həqiqəti bilməlidir.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə soyqırıma həsr olunmuş "Bitməyən dəhliz" filmi nümayiş etdirilib.

Qeyd edək ki, film "Xocalıya ədalət" kampaniyası çərçivəsində sənədli materiallar əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti