...

ABŞ-ın Pensilvaniya ştatında Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Mart 2013 03:19 (UTC +04:00)
Martın 20-də ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib.
ABŞ-ın Pensilvaniya ştatında Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul edilib

Azərbaycan, Bakı, 21 mart /Trend/

Martın 20-də ABŞ-ın Pensilvaniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.

Qətnamədə, həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Qeyd edək ki, Pensilvaniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tenesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti