...

Səfir Fransa parlamenti ilə Dağlıq Qarabağ arasında rəsmi dostluq qrupunun yaradılmadığını açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2013 11:33 (UTC +04:00)
Fransa Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və Dağlıq Qarabağı Azərbaycanın bir bölgəsi kimi tanıyır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Fransa Parlamentində qondarma "Dağlıq Qarabağ parlamenti" ilə dostluq qrupunun yaradılmasına dair yayılan məlumatlara münasibət bildirərkən səfir Paskal Monye deyib.
Səfir Fransa parlamenti ilə Dağlıq Qarabağ arasında rəsmi dostluq qrupunun yaradılmadığını açıqlayıb

Azərbaycan, Bakı, 8 aprel / Trend müxbir M.Əliyev/

Fransa Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və Dağlıq Qarabağı Azərbaycanın bir bölgəsi kimi tanıyır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Fransa parlamentində qondarma "Dağlıq Qarabağ parlamenti" ilə dostluq qrupunun yaradılmasına dair yayılan məlumatlara münasibət bildirərkən səfir Paskal Monye deyib.

"Dostluq qrupunun yaradılması doğru məlumat deyil. O rəsmi dostluq qrupu deyil, sadəcə bir neçə parlament üzvünün fərdi təşəbbüsüdür. Həmin şəxslər bu addımı fərdi şəkildə atıblar", səfir əlavə edib.

Səfir həmin qurumun rəsmi şəkildə mövcud olmadığını vurğulayıb.

"Əlbəttə ki, Fransda fikir azadlığına hörmətlə yanaşılır, hər kəsin sərbəst şəkildə öz fikirini bildirmək hüququ var. Baxmayaraq ki, mən həmin dostluq qrupu təklifini irəli sürən şəxsləri tanıyıram, onlara hörmətim var, amma bu heç də o demək deyil ki, bu, Fransanın rəsmi mövqeyidir. Bu, qətiyyən belə deyil", - Monye deyib.

Səfir deyib ki, Azərbaycan və Fransa arasında dostluq qrupu mövcuddur və bu qrupun geniş fəaliyyəti hiss olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti