Azərbaycan və Türkiyə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Xəbər 29 Aprel 2013 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 30-da Ankaraya səfər edəcək. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

O, səfər çərçivəsində Türkiyə XİN rəhbərinin köməkçisi Fatih Ceylanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, həmçinin Dağlıq Qarabağ problemi ilə bağlı vəziyyətin inkişafı müzakirə olunacaq.

Əzimov Türkiyə XİN rəhbərinin müavini Firudin Sinirlioğlu ilə də görüşəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti